Türkiyə, Portuqaliya və Çexiya ilə birlikdə F qrupunda çıxış edəcək gürcülərin heyətində Azərbaycan çempionatından da oyunçu var. Baş məşqçi Villi Saqnol “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilinin də adını siyahıya daxil edib.
AVRO-2024-də iştirak edəcək daha bir milli komandanın heyəti açıqlanıb. Matc.az xəbər verir ki, Gürcüstan yığmasının da qitə birinciliyi üçün 26 nəfərlik heyəti bəlli olub.
Türkiyə, Portuqaliya və Çexiya ilə birlikdə F qrupunda çıxış edəcək gürcülərin heyətində Azərbaycan çempionatından da oyunçu var. Baş məşqçi Villi Saqnol “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilinin də adını siyahıya daxil edib. Bundan əlavə, “Neftçi”nin sabiq müdafiəçisi Solomon Kverkveliya və “Qəbələ”nin keçmiş yarımmüdafiəçisi Nika Kvekveskiriyə də dəvət göndərilib.
Qapıçılar: Georgi Mamardaşvili ("Valensiya", İspaniya), Georgi Loriya ("Dinamo", Tbilisi), Luka Quqeşaşvili ("Qarabağ", Azərbaycan).
Müdafiəçilər: Georgi Qvelesiani ("Persepolis", İran), Quram Kaşiya ("Slovan", Slovakiya), Cemal Tabidze ("Penetolikos", Yunanıstan), Laşa Dvali (APOEL, Kipr), Luka Loçoşvili ("Kremoneze", İtaliya), Otar Kakabadze ("Krakovya", Polşa), Giorgi Qoçoleyşvili ("Şaxtyor", Ukrayna), Giorgi Tsitaişvili ("Dinamo", Ukrayna), Solomon Kverkveliya ("Əl-Uxdud", Səudiyyə Ərəbistanı).
Yarımmüdafiəçilər: Georgi Çakvetadze ("Uotford", İngiltərə), Anzor Mekvabişvili ("Krayova", Polşa), Caba Kankava ("Slovan", Slovakiya), Otar Kiteişvili ("Ştrum", Avstriya), Levan Şengeliya ("Panetolikos", Yunanıstan), Sandro Altunaşvili ("Volfsberq", Avtriya), Saba Lobjanidze (Atlanta Yunayted", ABŞ), Giorgi Koçoraşvili (“Levante”, İspaniya), Nika Kvekveskiri ("Lex", Polşa).
Hücumçular: Giorgi Mikutadze ("Mets", Fransa), Budu Zivzivadze ("Karlsrue", Almaniya), Zuriko Davitaşvili ("Bordo", Fransa), Georgi Kvilitaia (APOEL, Kipr), Xviça Kvaratsxeliya ("Napoli", İtaliya).
Qeyd edək ki, Almaniyada keçiriləcək AVRO-2024 iyunun 14-dən iyulun 14-dək davam edəcək.