24 Aprel 2019, 20:00
FUTBOL
Ukrayna Premyer Liqasında XXV tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavlo Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçını keçirib.
Komanda "Mariupol"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşə start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 25 oyundan sonra aktivində 47 xal olan "Aleksandriya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.