Belçika Futbol Federasiyası və "Anderlext"in ofisinə polis basqını olub. Matc.az saytının məlumatına görə, hüquq-mühafizə orqanları "çirkli pulların yuylması" əməliyyatı çərçivəsində bu addımı atıb.

Federasiyanın mətbuat xidmətindən xəbəri təsdiqləyiblər. Bildirilib ki, ofisə basqın zamanı kompüterlər və bəzi sənədlər polislər tərəfindən istintaq məqsədilə aparılıb.

Prokurorluqdan isə bildiriblər ki, onlar 2017-ci ilə kimi baş tutmuş bəzi transferlərdə "çirkli pullar"ın dövretməsini araşdıracaqlar.

Xüsusilə də serb hücumçu Aleksandr Mitroviçin 2015-ci ildə "Anderlext"dən "Nyukasl"a keçidi diqqət mərkəzinə alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest