AVRO-2024-də iştirak edəcək İtaliya yığması itki ilə üzləşib. Matc.az xəbər verir ki, millinin futbolçusu Corco Skalvini sıradan çıxıb.

Mərkəz müdafiəçisi zədələndiyi üçün heyətdən çıxarılıb. 20 yaşlı futbolçu bu ay start götürəcək Avropa çempionatını buraxmaq məcburiyyətində qalıb.

Skalvininin əvəzinə milliyə yeni oyunçu dəvət alıb. Bu, Federiko Qattidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest