"Zirə" Azərbaycan kubokunda ilk dəfə heç-heçə edib. Bu, 2018/19 mövsümünün yarımfinal mərhələsinin "Sumqayıt"la səfərdəki ilk oyununa təsadüf edib. Bunadək yarışda 12 matça çıxan bakılılar 7 qələbə qazanıb və 5 dəfə məğlubiyyətə uğramışdı.

"Zirə" Azərbaycan kubokunda ilk dəfə heç-heçə edib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu, 2018/19 mövsümünün yarımfinal mərhələsinin "Sumqayıt"la səfərdəki ilk oyununa təsadüf edib.

Bunadək yarışda 12 matça çıxan bakılılar 7 qələbə qazanıb və 5 dəfə məğlubiyyətə uğramışdı. Görüşündə ilk dəfə 0:0 hesabı qeydə alınan "Zirə" 5-ci dəfə qapısını toxunulmaz saxlayıb. 2016/17 mövsümündə bir, 2017/18 və 2018/19 mövsümlərində iki dəfə meydanı qol buraxmadan tərk edən qəsəbə təmsilçisinin bütün quru oyunları Kamal Bayramovun hesabındadı.

Qapıçı 11-ci görüşdə 5-ci dəfə qol buraxmayıb. Bu quru oyunlardan üçü ev, ikisi səfər qarşılaşmasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest