25 Aprel 2019, 16:04
FUTBOL
Türkiyə Superliqasının lideri "Başakşəhər" daha bir ciddi zərbə alıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, son 4 turda 7 xal itirən İstanbul təmsilçisi aparıcı futbolçularından birinin xidmətindən məhrum olub.
Söhbət mərkəz müdafiəçisi Aleksandr Yepuryanudan gedir. Zədə ucbatından bir müddətdi komandadan uzaq düşən Moldova millisinin üzvü artıq kollektivə qoşulmalı idi. Lakin tibbi müayinənin ardından dizindəki problemin artdığı və 33 yaşlı oyunçunun mövsümü erkən başa vurduğu aşkarlanıb.
Futbolçunun hətta AVRO-2020-nin seçmə mərhələ matçlarını buraxacağı da bildirilib.