Baş məşqçi Luçano Spalletti yığmaya dəvət etdiyi 30 futbolçudan 26-sını yekun heyətə daxil edib.
İtaliya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb.
Matc.az xəbər verir ki, baş məşqçi Luçano Spalletti yığmaya dəvət etdiyi 30 futbolçudan 26-sını yekun heyətə daxil edib.
Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret ("Napoli"), Quglielmo Vikario ("Tottenhem")
Müdafiəçilər: Alessandro Bastoni ("İnter"), Raul Bellanova ("Torino"), Alessandro Buongiorno ("Torino"), Rikkardo Kalafiori ("Bolonya"), Andrea Kambiaso ("Yuventus"), Matteo Darmian ("İnter"), Covanni Di Lorenzo ("Napoli"), Federiko Dimarko ("İnter"), Canluka Mançini ("Roma").
Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter"), Brayan Kristante ("Roma"), Nikolo Faqioli ("Yuventus"), Maykl Folorunşo ("Verona"), Davide Frattesi ("İnter"), Jorjinyo ("Arsenal"), Lorenzo Pelleqrini ("Roma").
Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El Şaaravi (“Roma”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkani (“Latsio”)
Qeyd edək ki, İtaliya millisi B qrupunda İspaniya, Xorvatiya və Albaniya ilə mübarizə aparacaq.