Baş məşqçi Silvinyo Azərbaycan millisi ilə yoxlama oyunundan sonra "26-lığ"ı müəyyənləşdirib. O, yalnız 4-cü qapıçı Simon Simonini çempionata aparmayacaq.

Albaniya yığması AVRO-2024 üçün yekun heyəti açıqlayıb.

Matc.az xəbər verir ki, baş məşqçi Silvinyo Azərbaycan millisi ilə yoxlama oyunundan sonra "26-lığ"ı müəyyənləşdirib.

O, yalnız 4-cü qapıçı Simon Simonini ("Ayntraxt", Almaniya) çempionata aparmayacaq.

Qapıçılar: Etrat Berişa ("Empoli", İtaliya), Tomas Strakoşa ("Brentford", İngiltərə), Elxan Kastrati ("Çittadella", İtaliya);
Müdafiəçilər: Naser Aliji ("Voluntari", Rumıniya), Arlind Ayeti (ÇFR, Rumıniya), İvan Balliu ("Rayo Valekano", İspaniya), Berat Cimşiti ("Atalanta", İtaliya), Elseid Hisay ("Latsio", İtaliya), Mario Mitay ("Lokomotiv", Rusiya), Maraş Kambulla ("Sassuolo", İtaliya), Adrian İsmayli ("Empoli", İtaliya), Enea Mihay ("Familikao", Portuqaliya);
Yarımmüdafiəçilər: Amir Abraşi ("Qrasshoppers", İsveçrə), Kristian Aslani ("İnter", İtaliya), Nedim Bayrami ("Sassuolo", İtaliya), Medon Berişa ("Leççe", İtaliya), Klaus Qyasula ("Darmştadt", Almaniya), Kazim Laçi ("Sparta", Çexiya), Ernest Muçi ("Beşiktaş", Türkiyə), İlber Ramadani ("Leççe", İtaliya);
Hücumçular: Armando Broya ("Fulhem", İngiltərə), Yasir Asani ("Kvancu", Cənubi Koreya), Mirlind Daku ("Rubin", Rusiya), Arber Hoca ("Dinamo", Xorvatiya), Rey Manay ("Sivasspor", Тürkiyə), Taulant Seferi ("Bani Yas", BƏƏ).

Qeyd edək ki, albanlar Avropa çempionatında B qrupunda İspaniya, İtaliya və Xorvatiya komandaları ilə mübarizə aparacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest