20 yaşlı futbolçu tonzillit xəstəliyindən əziyyət çəkir. Pavloviç AÇ-2024 üçün almanların yekun heyətində yer alsa da, adı məlum səbəbdən siyahıdan çıxarılıb.
AVRO-2024-də iştirak edəcək Almaniya yığması itki ilə üzləşib. Matc.az xəbər verir ki, Bundestimin yarımmüdafiəçisi Aleksandr Pavloviç qitə birinciliyini buraxacaq.
"Bild" nəşrinin məlumatına görə, 20 yaşlı futbolçu tonzillit xəstəliyindən əziyyət çəkir. Pavloviç AÇ-2024 üçün almanların yekun heyətində yer alsa da, adı məlum səbəbdən siyahıdan çıxarılıb.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann yaxın vaxtlarda Aleksandra əvəzləyici seçəcək.
Qeyd edək ki, Avropa çempionatına ev sahibliyi edəcək Almaniya yığması Şotlandiya, Macarıstan və İsveçrə ilə birlikdə A qrupunda mübarizə aparacaq.