14 İyun 2024, 14:12
AVRO-2024
İspaniya millisi və “Əl-Nəsr”in müdafiəçisi Emerik Laporte AVRO-2024-də Xorvatiya ilə ilk oyununu buraxacaq.
Matc.az “AS”a istinadən xəbər verir ki, müdafiəçinin əzələləri zədələnib. O, İspaniya millisinin bugünkü məşqini fərdi proqram üzrə keçirəcək.
Xatırladaq ki, İspaniya B qrupunda mübarizə aparacaq və rəqibləri Xorvatiya, İtaliya və Albaniya olacaq. İspanlar şənbə günü, iyunun 15-də Xorvatiya ilə qarşılaşacaq.