"Barselona"nın müdafiəçisi Samuel Umtiti gələcəyi ilə bağlı qərarını verib. Matc.az saytının "L’Equipe" nəşrinə istinadən məlumatına görə, Fransa millisinin üzvü komandasını dəyişmək fikrində deyil.

Zədədən sonra əsas heyətdəki yerini itirən dünya çempionu ilə bir neçə Avropa nəhəngi maraqlanır. "Barselona" isə "Ayaks"dan Matteys de Liqti transfer edərək, Umtitini satmağın əleyhinə deyil. Lakin 25 yaşlı futbolçu son açıqlamasında Kataloniya klubunda qalmaq və əsas heyətdəki yerini qaytarmaq istəyində olduğunu söyləyib.

Qeyd edək ki, Samuel Umtitinin "Barselona" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest