Futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçirilib.
Matc.az xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları baş tutub.
Günün ilk matçında - A qrupunun oyunları çərçivəsində Macarıstan İsveçə məğlub olub.
B qrupunun ilk görüşü paytaxt Berlində gerçəkləşib. İspaniya Xorvatiyanı üç cavabsız qolla məğlub edib.
Günün son qarşılaşmasında isə İtaliya Albaniya üzərində qələbə qazanıb.
Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
AVRO-2024
15 iyun
A qrupu, I tur
Macarıstan - İsveç - 1:3
Qollar: Varqa, 66 // Duah, 14, Ebişer, 45, Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, "Reyn Enerqi" stadionu.
B qrupu, I tur
İspaniya - Xorvatiya - 3-0
Qollar: Morata, 29, Ruiz, 32, Karvahal, 45+2
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu
B qrupu, I tur
İtaliya - Albaniya - 2:1
Qollar: Bastoni, 11, Barella, 17 // Bajrami, 1
Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park" stadionu