Futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçirilib.

Matc.az xəbər verir ki, üçüncü oyun günündə C və D qrupunun oyunları baş tutub.

Günün ilk matçında D qrupunda mübarizə aparan Polşa və Niderland millisi üz-üzə gəlib. Polşalılar hesabı açsa da, daha iddialı rəqib olan Niderland əzmkar qalibiyyət əldə edib.

Növbəti oyunlar C qrupunda keçirilib. Sloveniya Danimarka ilə mübarizə aparıb. Komandalar hərəyə 1 xalı 1 qolla qazanıblar. Serbiya isə İngiltərə sınağına çıxıb. Matçın taleyini 1 qol həll edib. İngiltərə millisi 1:0 hesablı qələbə sayəsində aktivinə 3 xal yazdırıb.

AVRO-2024
16 iyun

D qrupu, I tur

Polşa – Niderland - 1:2 
Qollar: Buksa, 16 // Qakpo, 29, Veqorst, 83
“Volksparkstadion”


 C qrupu, I tur

20:00. Sloveniya – Danimarka - 1:1 
Qollar: Janza, 77 // Eriksen, 17
“Stuttgard Arena”


C qrupu, I tur

23:00. Serbiya – İngiltərə - 0:1
Qol: 
Bellinqem, 13
“Veltins Arena” 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest