17 İyun 2024, 09:16
AVRO-2024
“L’Équipe” oxucuları Avropa çempionatının simvolik komandasını formalaşdırıb. Matc.az xəbər verir ki, futbol azarkeşləri qitə birincilikləri tarixinin ən yaxşı “11-liy”ini seçiblər.
Rəmzi heyətə 3 ispan, 2 alman, 2 fransız, 2 niderlandlı, 1 italyan və 1 portuqal düşüb.
Qapıçı: İker Kasilyas (İspaniya, 34% səs);
Müdafiəçilər: Paolo Maldini (İtaliya, 80%), Frans Bekkenbauer (Qərbi Almaniya, 76%), Serxio Ramos (İspaniya, 45%), Filip Lam (Almaniya, 41%);
Yarımmüdafiəçilər: Xavi (İspaniya, 70%), Frank Raykard (Niderland, 42%), Zinəddin Zidan (Fransa, 74%), Mişel Platini (Fransa, 71%);
Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya, 60%), Marko van Basten (Niderland, 62%).