Danimarka millisi AVRO-2024-ün qrup mərhələsinin ilk oyununda Sloveniya ilə heç-heçə oynayıb (1:1). Matc.az xəbər verir ki, görüş Danimarka millisinin kapitanı Kristian Eriksen üçün əlamətdar olub.

O, Sloveniya ilə qarşılaşmada standart vəziyyətdən 7 ötürmə edib. Bu, şotlandiyalı Qari Makallisterin 1992-ci ildəki qitə birinciliyində Almaniya ilə matçdakı 8 ötürməsindən sonra rekord göstəricidi.

Qeyd edək ki, C qrupunda yer alan Danimarka növbəti oyununu iyunun 20-də İngiltərə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest