İngiltərə millisinin hücumçusu Harri Keyn AVRO-2024-ün qrup mərhələsində Serbiya ilə oyunu 90 dəqiqə əvəz edilmədən keçirib. Bununla ulduz futbolçu yeni rekorda imza atıb.

İngiltərə millisinin hücumçusu Harri Keyn AVRO-2024-ün qrup mərhələsində Serbiya ilə oyunu 90 dəqiqə əvəz edilmədən keçirib. Matc.az xəbər verir ki, bununla ulduz futbolçu yeni rekorda imza atıb.

O, böyük turnirlərdə ən çox matça çıxan ingilis oyunçusu olub. Keynin aktivində 24 belə qarşılaşma var. 30 yaşlı forvard bu göstərici ilə “Arsenal”ın və “Çelsi”nin sabiq müdafiəçisi Eşli Koulu geridə qoyub.

Qeyd edək ki, İngiltərə yığması Serbiya üzərində 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest