AVRO-2024-ün qrup mərhələsinin I turunda keçirilən Serbiya - İngiltərə oyunundan əvvəl qalmaqal yaşanıb. Gelzenkirxendə iki komandanın azarkeşləri arasında insident baş verib.

AVRO-2024-ün qrup mərhələsinin I turunda keçirilən Serbiya - İngiltərə oyunundan əvvəl qalmaqal yaşanıb. Matc.az xəbər verir ki, Gelzenkirxendə iki komandanın azarkeşləri arasında insident baş verib.

İlk olaraq ingilislər serbiyalı fanatların istirahət etdiyi bara hücum edib, onlara müxtəlif əşyalar atıblar. Hadisədən sonra 7 serb həbs edilib. Onlardan birinə ağır bədən xəsarəti yetirmək maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, dünən baş verən oyun İngiltərə yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest