Portuqaliya millisinin baş məşqçisi Roberto Martines kapitan Kriştiano Ronaldo ilə bağlı maraqlı qərar qəbul edib. Çalışdırıcı 39 yaşlı hücumçuya ən yaxın olan insanlara milli ilə eyni oteldə yaşamağa qadağa qoyub.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines kapitan Kriştiano Ronaldo ilə bağlı maraqlı qərar qəbul edib. Matc.az xəbər verir ki, çalışdırıcı 39 yaşlı hücumçuya ən yaxın olan insanlara milli ilə eyni oteldə yaşamağa qadağa qoyub.
Kriştianonun dostları həmişə komanda ilə birgə olub, portuqaliyalı ulduzu müşayiət ediblər və öz otaqları olub. Lakin Martines bu qərarında futbolçuların və xüsusilə Ronaldonun konsentrasiyasını artırmaq üçün israr edib. Komanda forvardın bu şərtlərə razılaşmasını yüksək qiymətləndirib.
Qeyd edək ki, Portuqaliya millisi AVRO-2024-ün ilk oyununu iyunun 18-də Çexiyaya qarşı keçirəcək.