UEFA AVRO-2024-də Ukrayna millisinin oyunlarına azarkeşlərin Rusiya bayrağını gətirmələrini qadağan etməyi planlaşdırır. Matc.az xəbər verir ki, daha əvvəl Almaniya - Şotlandiya və İngiltərə - Serbiya görüşlərində Rusiya bayraqları tribunalarda peyda olub.

Ukraynada baş verən hadisələrlə əlaqədar FİFA və UEFA-nın qərarı ilə 2022-ci ilin fevralından etibarən bütün Rusiya milliləri və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Ukrayna millisi AVRO-2024-də ilk oyununu bu gün Rumıniyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest