İtaliya millisinin sabiq kapitanı Canluici Buffon AVRO-2024-ün qrup mərhələsinin I turunda Albaniya ilə keçirilən oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, keçmiş qapıçı 2:1 hesabı ilə qalib gəldikləri görüşdəki əzmi yüksək qiymətləndirib.
Ancaq o, daha böyük hesabla qalib gəlməli olduqlarını düşünür: “Yaxşı çıxış edərək, şəxsiyyətə malik balanslı komanda olduğumuzu göstərdik. Sabitliyi poza biləcək şok başlanğıca baxmayaraq, futbolçularımız çox çalışmaqda davam etdilər. Qələbəyə tam layiq idik. Geridönüş edə bildik. Həmişə yaxşılaşdırmaq üçün bir şey var: bir az daha istək və qəzəblə 90-cı dəqiqədə qələbəni əldən vermək riskinə girməzdik”.
Qeyd edək ki, İtaliya millisi II tur çərçivəsində iyunun 20-də İspaniya ilə qarşılaşacaq.