Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.

Hər iki matç F qrupunda keçirilib. Əvvəlcə qardaş Türkiyə yığması ilə qonşumuz Gürcüstanın milli komandası üz-üzə gəlib. Türkiyə millisi ilk oyununda meydanı 3:1 hesablı qələbə ilə tərk edib.  

Günün ikinci matçında isə Portuqaliya Çexiyanı məğlub edib - 2:1.

AVRO-2024
18 iyun
F qrupu

Türkiyə - Gürcüstan - 3:1 
Qollar: M. Müldür, 26, Arda Güler, 66, Kerem Aktürkoğlu, 90+7  // Mikuatadze, 32 
Baş hakim: Fakundo Telyo (Argentina)
Dortmund. "Siqnal İduna Park" stadionu

Portuqaliya - Çex Respublikası - 2:1 
Qollar: Hranaç, 69 (a.q), Konseysao, 90+2 // Provod, 62
Baş hakim: Marko Quida (İtaliya)
Leyptsiq. "Red Bull Arena"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest