"çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin taleyinə aydınlıq gəlib. Matc.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 60 yaşlı mütəxəssis gələn mövsümü "zadəganlar"ın "sükanı arxası"nda keçirməyəcək.

Belə ki, rəhbərlik mövsümün sonunda onunla yolları ayırmaq qərarına gəlib. Ancaq Sarri işsiz qalmayacaq. Onun yayda İtaliya klublarından birinin baş məşqçisi postuna keçməsi gözlənilir. Artıq "Roma" və "Milan" təcrübəli mütəxəssisə təklif göndərib.

Qeyd edək ki, Mauritsio Sarri "çelsi"yə mövsümün əvvəlində gətirilib. Komanda hazırda 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest