Fransa millisinin hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib. Ulduz futbolçu AVRO-2024-ün qrup mərhələsinin son iki oyununu buraxacaq.

Fransa millisinin hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, ulduz futbolçu AVRO-2024-ün qrup mərhələsinin son iki oyununu buraxacaq.

Buna səbəb forvardın Avstriyanı 1:0 hesabı ilə məğlub etdikləri I tur görüşündə burnunun sınmasıdı. 25 yaşlı oyunçu qrup mərhələsinin Niderland və Polşa ilə qarşılaşmalarında iştirak etməyəcək. Fransızlar qrupdan çıxsa, Mbappe pley-offda komandasına kömək edə bilər.

Qeyd edək ki, Fransa yığması iyunun 21-də Niderlandla, 25-də isə Polşa ilə qarşılaşacaq.

--------

11:17

Fransa millisinin hücumçusu Killian Mbappe əməliyyat olunacaq. Matc.az xəbər verir ki, buna AVRO-2024-də Avstriya ilə oyunda (1:0) futbolçunun burun sümüyünün sınması səbəb olub.

Belə ki, görüşün sonlarında Mbappe rəqib oyunçu ilə toqquşaraq, burnundan zədə alıb. Nəticədə Kilian əvəzlənmək məcburiyyətində qalıb.

Cərrahi əməliyyatın bir müddət sonra olacağı qeyd edilib. Hələlik Kilian bir neçə günlük müalicə alacaq, onun oyunlara çıxa bilməsi üçün maska ​​hazırlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest