18 İyun 2024, 12:20
AVRO-2024
Porteus iki oyunluq diskvalifikasiya edilib. Buna futbolçunun AVRO-2024-ün açılış matçında Almaniyaya ilə matçda (1:5) İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi səbəb olub.
AVRO-2024-də iştirak edən Şotlandiya yığmasının müdafiəçisi Rayan Porteus cəzalandırılıb. Matc.az xəbər verir ki, Porteus iki oyunluq diskvalifikasiya edilib.
Buna futbolçunun AVRO-2024-ün açılış matçında Almaniyaya ilə matçda (1:5) İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi səbəb olub. Həmin hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə oyundan uzaqlaşdırılan Porteus, həmçinin Şotlandiyanın qapısına penalti təyin edilməsinə səbəb olub.
Qeyd edək ki, Almaniya - Şotlandiya matçı Bundestimin 5:1 hesablı qələbəsi ilə nəticələnib.