"AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanandan sonra bəzi oyunçular öz işinə qayıtmaqda çətinlik çəkdilər. Başadüşüləndi, axı onlar nağıla bənzər mənəvi yüksəliş yaşadılar. Ancaq artıq yerə qayıtmaq və növbəti oyunlara köklənmək vaxtıdı”. Matc.az xəbər verir ki, bunu Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol deyib.

Tarixində ilk dəfə Avropa çempionatında oynamaq hüququ qazanan gürcülər qitə birinciliyindəki ilk matçını bu gün Türkiyəyə qarşı keçirəcəklər. Sanyol komandasının turnirə tam hazır olduğunu qeyd edib: “Nizam-intizamla bağlı heç bir problemimiz yoxdur. Futbolçularım işə düzgün münasibət göstərirlər. Bu oyun həm bizim, həm də Türkiyənin AVRO-2024-dəki ilk matçıdı. Düşünürəm ki, tək biz yox, rəqibimiz də təzyiq altındadı”.

Qeyd edək ki, Türkiyə - Gürcüstan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest