Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç üçün Avropa çempionatı bitib. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu zədə səbəbindən komandadan ayrılıb.

“Nikola AVRO-2024-də komandaya kömək etmək üçün çox çalışdı. Təəssüf ki, ikinci dəfə zədə aldı və etdiyi hər şeyə görə ona yalnız təşəkkür edə bilərəm”, - deyə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç bildirib.

Qeyd edək ki, Xorvatiya yığması AVRO-2024-ün ilk oyununda İspaniyaya uduzub (0:3).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest