18 İyun 2024, 15:53
AVRO-2024
Şotlandiya millisinin azarkeşi Avropa çempionatının açılış oyunundan sonra dünyasını dəyişib. Matc.az xəbər verir ki, Kolin Kinq yığmanın Almaniyaya böyük hesabla (1:5) məğlub olduğu qarşılaşmanı tribunadan izləyib.
Münhendəki görüşdən sonra Kinq Düsseldorfa gedib. Ancaq orada otellərdən birində vəfat edib. Onun 57 yaşı var idi.
Qeyd edək ki, Şotlandiya yığması AVRO-2024-də növbəti oyununu iyunun 19-da İsveçrəyə qarşı keçirəcək.