18 İyun 2024, 16:40
AVRO-2024
Almaniya millisinin hücumçusu Niklas Füllkruq AVRO-2024-ün ilk oyunu öncəsi azarkeşin qolunu sındırıb. Matc.az xəbər verir ki, Şotlandiya ilə oyunöncəsi isinmə hərəkətləri zamanı Füllkruqqun zərbəsindən sonra top qapı arxasında ön cərgədə oturan azarkeşin əlinə dəyib.
Azarkeş xəstəxanaya çatdırılsa da, zədə üçün cərrahi müdaxilə tələb olunmadığından, bir neçə saat sonra evə buraxılıb. Lakin onun qolunda sınıq aşkarlanıb. Füllkruq azarkeşdən üzr istəyib və ona Almaniya millisinin formasını göndərəcəyini bildirib.
Qeyd edək ki, Almaniya yığması ilk matçında Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.