Serbiya Futbol Federasiyasının nümayəndəsi Milan Vukoviç millinin yarımmüdafiəçisi Filip Kostiçin 2024-cü il Avropa çempionatında daha oynamayacağını təsdiqləyib.

Matc.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin İngiltərə ilə AVRO-2024-ün qrup mərhələsinin 1-ci turunun ilk yarısında aldığı zədə olub.

Xatırladaq ki Serbiya - İngiltərə oyunu Gelzenkirxendəki “Veltins Arena”da baş tutub. Görüş ingilislərin 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest