Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi Arda Gülər ​​Avropada debüt oyununda qol vuran ən gənc futbolçu olub. O, bu nəticə ilə Kriştiano Ronaldonu geridə qoyub.

2024-cü il Avropa Çempionatının qrup mərhələsinin 1-ci turunun matçında Gürcüstana qol vuran Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi Arda Gülər ​​Avropada debüt oyununda qol vuran ən gənc futbolçu olub (19 yaş və 114 gün).

Matc.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.

O, 2004-cü ildə Yunanıstan millisinə qarşı 19 yaş 128 günlük qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldonu geridə qoyub.

Gülər ​​Ronaldo və Macarıstan millisinin keçmiş hücumçusu Ferenc Benedən (1964) sonra Avropa Çempionatında debüt edən üçüncü futbolçu kimi tarixə düşüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest