19 İyun 2024, 10:36
AVRO-2024
R.T.Ərdoğan “ay-ulduzlular”ın baş məşqçisi Vinçenso Montella, həmçinin futbolçular Arda Gülər və Kerem Aktürkoğlu ilə danışıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1-ci turunda Gürcüstanı 3:1 hesabı ilə məğlub edən Türkiyə millisini təbrik edib. Matc.az xəbər verir ki, o, oyundan sonra zəng edərək təbriklərini çatdırıb.
R.T.Ərdoğan “ay-ulduzlular”ın baş məşqçisi Vinçenso Montella, həmçinin futbolçular Arda Gülər və Kerem Aktürkoğlu ilə danışıb.
Montella Ərdoğanı qrupdakı digər oyunlara dəvət edib. O isə bu dəvətə “inşallah” deyərək cavab verib.