19 İyun 2024, 11:45
AVRO-2024
Albaniya millisinə 37,3 min avro məbləğində cərimə kəsilib.
AVRO-2024-də iştirak edən Albaniya yığması cərimələnib. Matc.az xəbər verir ki, UEFA Albaniya milli komandasını cərimələyib.
Buna Avropa çempionatının İtaliya ilə oyununda alban azarkeşlərin qeyri-etik davranışları səbəb olub.
Albaniyalı fanatlar oyun zamanı meydançaya yad əşyalar atıblar, pirotexniki vasitələrdən istifadə ediblər. Üstəlik, matçın gedişində azarkeş meydançaya daxil olaraq təxribat xarakterli mesajlar nümayiş etdirib. Bütün bu olanlara görə Albaniya millisinə 37,3 min avro məbləğində cərimə kəsilib.
Qeyd edək ki, Albaniya AVRO-2024-dəki ilk sınağında İtaliyaya 1:2 hesabı ilə uduzub.