19 İyun 2024, 14:42
AVRO-2024
Qrup mərhələsində ilk turun oyunlarından sonra AVRO-2024-ün favoritlərinin siyahısı yenilənib. Matc.az xəbər verir ki, hazırda turnirin qalibi olmağa iki əsas iddiaçı göstərilir.
Bunlar İngiltərə və Fransa yığmalarıdı. Ev sahibi komanda Almaniya bu sıralamada üçüncü, İspaniya isə dördüncüdü. Onları müvafiq olaraq Portuqaliya, İtaliya və Niderland komandaları izləyir.
Qeyd edək ki, Avropa çempionatında qrup mərhələsinin II turuna bu gün start veriləcək.