19 İyun 2024, 15:39
AVRO-2024
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt maraqlı qərarla diqqət çəkib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis AVRO-2024-ün oyunlarından sonra futbolçuların ailələrinin bazaya gəlmələrinə icazə verib.
Belə ki, hər görüşün ardından oyunçular həyat yoldaşları və övladları ilə birlikdə vaxt keçirə biləcəklər. Sautqeyt yetirmələrinin vətən həsrəti çəkməmələri üçün bu addımı atıb.
Qeyd edək ki, İngiltərə yığması turnirin ilk oyununda Serbiyaya 1:0 hesabı ilə qalib gəlib. Britaniyalılar növbəti matçı sabah Danimarkaya qarşı keçirəcək.