Britaniyanın nüfuzlu “Sky Sports” nəşri 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun simvolik komandası ilə bağlı öz versiyasını dərc edib.

Britaniyanın nüfuzlu “Sky Sports” nəşri 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun simvolik komandası ilə bağlı öz versiyasını dərc edib.

Matc.az xəbər verir ki, ingilis mətbuatının İngiltərə yığmasından məyus olmasına baxmayaraq, bir futbolçu yenə də simvolik komandaya düşə bilib.

Türkiyə millisindən isə simvolik heyətdə iki futbolçu - Samet Akaydın və Arda Güler yer alıb.

AVRO-2024-ün 1-ci turunun simvolik komandası:

Qapıçı: Martin Dubravka (Slovakiya)

Müdafiəçilər: Dani Karvaxal (İspaniya), Alessandro Bastoni (İtaliya), Samet Akaydın (Türkiyə), Natan Ake (Niderland)

Yarımmüdafiəçilər: Fabian Ruiz (İspaniya), Mişel Aebişer (İsveçrə), Jude Bellinqem (İngiltərə)

Hücumçular: Arda Gülər ​​(Türkiyə), Codi Qakpo (Niderland), Camal Musiala (Almaniya)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest