19 İyun 2024, 19:24
AVRO-2024
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Xorvatiya - Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatların heyətində Andrey Kramariç qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
33 yaşlı hücumçu Albaniya ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.