Albaniya millisinin baş məşqçisi Silvino komandasının Xorvatiya ilə Avropa çempionatının 2-ci turunda heç-heçə (2:2) qazanmasını şərh edib.

Matc.az xəbər verir ki, Silvino bu oyun barədə UEFA-nın rəsmi saytına açıqlama verib:

“İlk növbədə, rəqibə qiymət verməliyik, çünki Xorvatiya son bir neçə ildə çox yaxşı nəticələr göstərib. Onların inanılmaz oyunçuları var. Bütün oyunu təhlil etmək çətindir. İlk hissəni çox yaxşı oynadıq, amma ikinci hissədə 15-20 dəqiqədən çox çətinlik çəkdik. Ancaq oyunun sonunda heç-heçəyə layiq idik”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest