Almaniya millisinin futbolçusu Manuel Noyer qapıçılar arasında Avropa çempionatının final hissəsində çıxışlarının sayını İtaliya millisinin sabiq qapıçısı Canluici Buffonla bərabərləşdirib.

Matc.az xəbər verir ki, futbolçu qitə çempionatının 2-ci turunda Macarıstanla matçda start heyətində yer alıb. Hər iki futbolçunun əsas turnirdə 17 oyunu var. Növbəti oyunda da Noyer meydana çıxsa Avropa çempionatının yeganə rekordçusu ola bilər.

Qeyd edək ki, A qrupunun II turunda Almaniya Macarıstan üzərində inamlı qələbə qazanıb – 2:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest