19 İyun 2024, 22:39
AVRO-2024
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya millisinin futbolçusu İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi Macarıstanla matçda komandasının ikinci qolunun müəllifi olub.