"Bəzi anlar vardı ki, dözümlü olmağımız lazım idi, lakin bu, komanda olaraq yetkinləşmə prosesi idi"

A qrupunun II turunda Almaniya Macarıstan millisi üzərində inamlı qələbə qazanıb.

Mact.az xəbər verir ki, qarşılaşmadan sonra Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman UEFA-ya oyunla bağlı fikirlərini bildirib.

“Bəzi anlar vardı ki, dözümlü olmağımız lazım idi, lakin bu, komanda olaraq yetkinləşmə prosesi idi. Bu günkü oyun oktyabrda olsa idi 2:0 hesabı ilə qalib gəlməzdik. Bu səviyyədə sabit qalmaq lazımdır. Onlar çox çətin rəqib idilər, lakin biz əksər hallarda stabilliyimizi qoruya bildik. Əvvəlcə belə bir matçda qalib gəlmək lazımdır və biz buna nail olduq”.

Xatırladaq ki, A qrupunda Almaniya, Macarıstan, İsveçrə və Şotlandiya mübarizə aparır. Qrup mərhələsinin I turunda Almaniya Şotlandiyanı darmadağın edib (5:1), Macarıstan isə İsveçrəyə uduzub (1:3).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest