Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.
Matc.az xəbər verir ki, bu gün qrup mərhələsində II turun daha üç oyunu keçirilib.
C qrupunda iki qarşılaşma baş tutub. Günün ilk görüşündə Sloveniya Serbiya ilə heç-heçə edib - 1:1. Danimarka - İngiltərə yığmaları meydandan eyni nəticə ilə ayrılıblar.
Günün son matçında isə B qrupunda İspaniya – İtaliya görüşü keçirilib. İspaniya minimal hesabla qələbə qazanaraq pley-offa vəsiqəni təmin edib.
AVRO-2024
20 iyun
II tur
C Qrupu
Sloveniya – Serbiya - 1:1
Qollar: Karniçnik, 69 // Loviç, 90+6
“Allianz Arena”
Danimarka – İngiltərə - 1:1
Qollar: Hyulmand, 34 // Kane, 18
“Deutshe Bank Park”
B Qrupu
İspaniya – İtaliya - 1:0
Qol: Kalafiori, 55 (a.q)
“Veltins Arena”