O, 2014-cü ildən bəri baş tutan Avropa və dünya çempionatlarının hamısında qol vura bilib. Şakiri tarixdə bunu reallaşdıran ilk futbolçu olub.

İsveçrə yığmasının kapitanı Xerdan Şakiri tarixə düşüb. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün qrup mərhələsində Şotlandiya ilə oyunda buna nail olub.

Qarşılaşmada qol vuran Şakiri ardıcıl 6-cı böyük beynəlxalq turnirdə fərqlənməyi bacarıb. O, 2014-cü ildən bəri baş tutan Avropa və dünya çempionatlarının hamısında qol vura bilib. Şakiri tarixdə bunu reallaşdıran ilk futbolçu olub.

Qeyd edək ki, İsveçrə Şotlandiya ilə 1:1 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest