UEFA Neymara ağır cəza verib. Matc.az saytının məlumatına görə, PSJ-nin hücumçusu Avrokuboklarda 3 oyunluq yaşıl meydanlardan uzaq düşəcək.

Bu barədə qurum rəsmi açıqlama yayıb. Bildirlib ki, 27 yaşlı forvard çempionlar Liqasının 1/8 finalında evdə "Mançester Yunayted" ilə görüşdən sonra hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.

Belə ki, sözügedən oyunda PSJ-nin qapısına təyin olunmuş penalty haqqında instaqram səhifəsindən açıqlama verən Neymar hakimlər haqqında "4 nəfər futboldan anlamayan adam" ifadəsini işlətmişdi.

Braziliyalı oyunçu 2019-2020 mövsümündə çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, Parisdəki görüş PSJ-nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fransa təmsilçisi İngiltərədəki qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub etsə də, növbəti mərhələyə yüksələ bilməyib. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest