20 İyun 2024, 19:51
AVRO-2024
Serbiyalı hücumçu Luka Yoviçin qolu Avropa çempionatları tarixində ən gec vurulan həlledici qol olub.
Matc.az xəbər verir ki, serbiyalı forvardın 90+5-ci dəqiqədə vurduğu qol əlavə vaxtları nəzərə almasaq, qitə birinciliyində bir matçın sonlarında nəticəni dəyişən ən gec vurulan qol olaraq qeydə alınıb.
Xatırladaq ki, Sloveniya və Serbiya yığmalarının qarşılaşdığı Avropa çempionatının C qrupunun 2-ci turunun oyunu keçirilib. Komandalar Münhendəki “Allianz Arena”da qarşılaşıblar. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.