20 İyun 2024, 20:30
AVRO-2024
“Qarşılaşmanın final fitinə qədər təslim olmadıq və mübarizə apardıq”.
Matc.az xəbər verir ki, bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Sloveniyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.
“Qarşılaşmanın final fitinə qədər təslim olmadıq və mübarizə apardıq. Qol imkanlarımız çox idi. Sloveniyaya məğlub olmaq istəmirdik və bu inadkarlığımız son dəqiqədə öz nəhrəsini verdi. Luka Yoviç heyrətamiz futbolçudur. Onun performansından çox razıyam”.
Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunun matçında Serbiya Sloveniya yığması ilə heç-heçə edib - 1:1.