“Qələbəyə çox yaxın idik. Bu futboldur. Biz çox yüksək səviyyədə oynadıq, lakin təəssüf ki, hesabı qoruya bilmədik”
Sloveniya və Serbiya yığmalarının qarşılaşdığı Avropa çempionatının C qrupunun 2-ci turunun oyunu keçirilib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Matc.az xəbər verir ki, Sloveniya millisinin qapıçısı və kapitanı Yan Oblak Almaniyada keçirilən Avropa çempionatının 2-ci turunda Serbiya ilə oyunun nəticəsindən danışıb.
“Bu utancvericidir, çünki qələbəyə çox yaxın idik. Bu futboldur. Biz çox yüksək səviyyədə oynadıq, lakin təəssüf ki, hesabı qoruya bilmədik”.
Xatırladaq ki, Avropa çempionatının 1-ci turunda Sloveniya millisi Danimarka ilə 1:1 hesabı ilə heç-heçə edib, Serbiya millisi isə İngiltərəyə uduzub - 0:1.