21 İyun 2024, 01:14
AVRO-2024
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan İspaniya - İtaliya matçının (1:0) ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “buğalar”ın heyətində Niko Uilyams qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Oyuna start heyətində başlayan və görüşü yüksək səviyyədə keçirən 21 yaşlı hücumçu 78-ci dəqiqədə əvəzlənib.