22 İyun 2024, 01:02
AVRO-2024
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində II turun oyunları davam edir.
Matc.az xəbər verir ki, bu gün II turun daha üç qarşılaşması baş tutub.
Günün ilk oyununda E qrupunda mübarizə aparan Ukrayna Slovakiyanı məğlub edib.
Digər iki qarşılaşmada D qrupda yer alan Polşa Avstriyaya məğlub olub, Niderland – Fransa oyununda isə hesab açılmayıb.
AVRO-2024
21 iyun
II tur
E Qrupu
Slovakiya – Ukrayna - 1:2
Qollar: Şrans, 17 // Şaparenko, 54, Yaremçuk, 80
“Dusseldorf Arena”
D Qrupu
Polşa – Avstriya - 1:3
Qollar: Piatek, 30 // Trauner, 9, Baumqartner, 67, Amautoviç, 78 (p.)
“Berlin Olimpiya Stadionu”
Niderland – Fransa - 0:0
“Red Bull Arena”