"Əksər epizodlarda oyunu gec oxuduq. Geriyə qayıdışlarda zəif reaskiya göstərdiyimizdən müdafiəni yaxşı qura bilmədik"

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandasının AVRO-2024-ün qrup mərhələsinin 2-ci turunun oyununda İspaniyaya 0:1 hesabı ilə uduzması ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, Spaletti rəqib komandanın daha yaxşı oyun göstərdiyini etiraf edib.

“Fərq gümrahlıqda idi. Onlar bizdən daha gümrah idilər. Əksər epizodlarda oyunu gec oxuduq. Geriyə qayıdışlarda zəif reaskiya göstərdiyimizdən müdafiəni yaxşı qura bilmədik. Onlar bizdən daha soyuqqanlı idilər və sürətləri sayəsində bizə problemlər yaratdılar”.

Xatırladaq ki, AVRO-2024-ün qrup mərhələsinin iki turundan sonra İspaniya yığması altı xal toplayıb və B qrupunda pley-offa vəsiqəni təmin edib. Üç xal toplayan İtaliya isə ikinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest