Start heyətində meydana daxil olan Pedri 21 yaşı tamam olmadan dünya və Avropa çempionatlarının final mərhələlərində ümumilikdə 12 oyun keçirməyə müvəffəq olub.

İspaniya millisinin yarımmüdafiəçisi Pedri yeni uğura imza atıb. Matc.az xəbər verir ki, gənc oyunçu AVRO-2024-ün qrup mərhələsinin II turunda İtaliya ilə oyunda iştirak etməklə bunu bacarıb.

Start heyətində meydana daxil olan Pedri 21 yaşı tamam olmadan dünya və Avropa çempionatlarının final mərhələlərində ümumilikdə 12 oyun keçirməyə müvəffəq olub. Bununla o, portuqaliyalı Kriştiano Ronaldoya məxsus rekordu təkrarlayıb. Pedri İspaniya yığmasının heyətində iştirak etdiyi 21 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, İspaniya yığması İtaliyaya 1:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest